MƏDƏNİYYƏT


İsveçrə məktəblərində Azərbaycan rəqsləri həftəsi keçirilib

A+ A

Bern, 5 sentyabr, AZƏRTAC

Yeni dərs ilinin başlanması ilə əlaqədar Azərbaycanın İsveçrədəki diasporunun ən fəal üzvlərindən və Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi diaspor təşkilatının qurucusu və rəhbəri Qasım Nəsirovun təşəbbüsü ilə İsveçrənin iki orta məktəbində Azərbaycan rəqsləri həftəsi keçirilib.

Ölkəmizin İsveçrədəki səfirliyindən bildiriblər ki, bu mədəniyyət tədbiri 29 avqust-1 sentyabr tarixləri arasında Arqau kantonunun Bremqarden şəhəri və Oberssiqqental kommunasında baş tutub. Orta məktəblərin 9-cu sinif şagirdləri üçün “İnteqrasiyanın mənimlə əlaqəsi nədir?” layihəsi çərçivəsində təşkil olunan layihə böyük maraqla qarşılanıb. Hər gün 4 qrupda cəmləşən şagirdlər üçün keçirilən rəqs dərslərində Azərbaycan milli rəqslərindən nümunələr, xüsusən “Yallı” rəqsinin elementləri öyrədilib və milli geyimlər nümayiş etdirilib, həmçinin ölkəmizin mədəniyyəti və tarixi barədə məlumatlar təqdim olunub.

Artıq ikinci ildir yeni dərs ilinin başlanması ərəfəsində təşkil edilən bu məşğələlər hər dəfə fərqli məktəblərdə keçirilir. Bu layihənin gələcəkdə İsveçrənin digər regionlarında da davam etdirilməsi qərara alınıb.

Elgün Niftəliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Bern

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.