DÜNYA
İtaliyada avtobus qəzası: 16 nəfər ölüb, 36 nəfər yaralanıb VİDEO
Bakı, 21 yanvar, AZƏRTAC
Fransadan qayıdan Macarıstan avtobusu İtaliya ərazisində qəzaya uğrayıb. Avtobusdakı sərnişinlərin əksəriyyəti gəzintiyə getmiş 14-18 yaşlı uşaqlar olub.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, gecə saatlarında Verona vilayətində baş verən qəza nəticəsində 16 nəfər həyatını itirib. Xəsarət alan 36 nəfər xəstəxanalara çatdırılıb.
Xilasedicilərin məlumatına əsasən, içərisində 50 nəfərə yaxın sərnişin olan avtobus dirəyə çırpılıb və yanmağa başlayıb.
Hadisə yerində fövqəladə xidmət orqanlarının əməkdaşları işləyir, qəzanın səbəbləri araşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [16:05]
Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində bir nəfər ölüb VİDEO
- 10.05.2024 [15:51]
Çadın hərbi lideri Debi İtno mübahisəli seçkilərin qalibi elan edilib
- 10.05.2024 [14:51]
Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb
- 10.05.2024 [14:44]
Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər
- 10.05.2024 [14:13]