İQTİSADİYYAT


İtaliyanın “L’opinione” qəzeti “Bakutel” sərgisindən yazıb

A+ A

Bakı, 29 noyabr, AZƏRTAC

İtaliyanın “L’opinione” qəzetində jurnalist Domeniko Letisiyanın müəllifi olduğu “Yüksək texnologiyalar dünyası Bakıda görüşür” adlı məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalə “Bakutel–2016” XXII Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransına həsr olunub. Beynəlxalq tədbirin müxtəlif sərgi, konfrans və görüşlərdən ibarət olduğunu bildirən jurnalist onu Qafqazın bu sektorda ən irimiqyaslı sərgisi adlandırır.

D.Letisiya tədbirin telekommunikasiya sahəsində aparıcı şirkətlərin öz məhsul və xidmətlərini təqdim etməsi üçün şərait yaratmaqla yanaşı, yeni fikir və təcrübənin bölüşülməsi üçün platforma olduğunu bildirir. Jurnalist tədbirə Azərbaycan, Türkiyə, İsrail, İtaliya da daxil olmaqla, bir sıra Avropa dövlətlərindən, ümumilikdə, 200-dən çox şirkətin qatıldığını qeyd edir.

Məqalədə Azərbaycan hökumətinin rabitə və yüksək texnologiyalar sahəsinə ayırdığı diqqət və qayğı barədə də danışılır.

Habelə bildirilir ki, İtaliya-Azərbaycan ticarət palatası rabitə və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən italyan şirkət və təşkilatlarını bu tədbirdə iştiraka təşviq edib. Məqalədə “Bakutel”in yerli şirkətlərin öz məhsullarını xarici bazarlara çıxarmaq üçün şərait yaratdığı da qeyd olunur.

Jurnalist “Bakutel-2016”nın təqdim etdiyi yeni layihələr arasında görmək qabiliyyətini itirmiş uşaqlar üçün audiokitabxana və muzey materialların rəqəmsal saxlanılması layihələrinin xüsusi maraq doğurduğunu vurğulayır. Məqalədə, həmçinin Azərbaycanda təşkil olunan çoxsaylı beynəlxalq sərgilərin Azərbaycan hökuməti ilə yanaşı BMT, Dünya Turizm Təşkilatı, Beynəlxalq Telekommunikasiya İttifaqı kimi təşkilatlar tərəfindən də yaxından dəstəkləndiyi diqqətə çatdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.