CƏMİYYƏT


İzmir şəhərinin Əliağa bölgəsindəki məktəblərdə “Yaxşılıq et” layihəsi həyata keçirilib

Bakı, 13 dekabr, AZƏRTAC 

Dekabrın 12-də Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsindəki ibtidai məktəblərdə “Yaxşılıq et” layihəsi həyata keçirilib.

Bu barədə AZƏRTAC-a SOCAR-ın mətbuat xidmətindən bildirilib.

Şagirdlər ən dəyərli oyuncaqlarını Türkiyənin Bitlis şəhərinin Hizan kəndi və Van şəhərinin Çatak kəndində yerləşən ibtidai məktəb şagirdləri ilə bölüşüblər.

Layihənin təqdimat mərasimində Əliağa təhsil şöbəsinin müdiri Ogün Dersə və “Petkim” neft-kimya holdinqinin inzibati işlər üzrə müdiri Nicat Novruzov iştirak ediblər.

Hədiyyələr Bitlisin Hizan kəndinə və Vanın Çatak kəndinə “Petkim”in dəstəyi ilə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.