DÜNYA


Kanadada əlçatan mənzil proqramına əsaslı investisiya qoyulacaq

A+ A

Bakı, 2 iyul, Ramiz Quliyev, AZƏRTAC 

Kanada hökuməti qarşıdakı 2 il ərzində əlçatan mənzil proqramına böyük həcmli investisiyalar qoymaqla vətəndaşlara daşınmaz əmlak bazarına daxil olmaq üçün daha geniş imkanlar yaratmağı planlaşdırır.

AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, iki il ərzində əlçatan mənzillərin maliyyələşdirilməsi üçün 1 milyard Kanada dolları (1 Kanada dolları=1,1747 manat) məbləğində maliyyə yatırılacaq.

Bu məbləğdən əlavə, proqram çərçivəsində 200,1 milyon dollar yaşlı nəslin ehtiyaclarına uyğun olaraq mənzillərin tikintisinə, bərpa edilməsinə və yeni şərtlərə uyğunlaşdırılmasına, 899 milyon dollar ailə zorakılığının qurbanlarının müvəqqəti yaşaması üçün evlərin tikilməsinə və bərpa edilməsinə, 177,7 milyon dollar Şimali Kanada xalqlarının mənzil problemlərinin həllinə, 573,9 milyon dollar sosial mənzillərin bərpasına və modernləşdirilməsinə ayrılacaq.

Həmçinin proqram üçün 485 milyon dollar vəsaitin investisiya şəklində cəlb edilməsi, 82,7 milyon dollar vəsaitin isə birbaşa hökumət tərəfindən ayrılması planlaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.