DÜNYA
Kanar adalarında Avropada ilk sualtı muzey açılacaq
Bakı, 2 fevral, AZƏRTAC
Britaniyalı heykəltəraş Ceyson Teylor Kanar adalarına daxil olan Lansarote adasında (İspaniyanın Las-Palmas əyaləti) sualtı muzey yaradır. O, Baham adalarında, Meksikanın Kankun adasında və Antil adalarında da oxşar muzeylərin müəllifidir.
AzərTAC “rambler.ru” saytına istinadla xəbər verir ki, britaniyalı Lansarote üçün kolleksiyanın yaradılmasına 2 il vaxt sərf edib. Onun yaratdığı 300 heykəltəraşlıq əsəri qəhrəmanları ada sakinləri olan hadisələrə həsr edilib. Bütün heykəllər əsrlərə davam gətirməyə hesablanan, amma ətraf mühit üçün ziyanlı olmayan çox möhkəm sementdən hazırlanıb. 300 heykəldən 35-i artıq suyun dibində yerləşdirilib.
Təqribən 400 kvadratmetr ərazini əhatə edəcək muzey 12 metrdən 15 metrədək dərinlikdə yerləşəcək. Odur ki, muzeyə təkcə dalğıclar deyil, qurudakı turistlər də tamaşa edə biləcəklər.
Ada hökuməti muzeyin yaradılmasına 800 min avro vəsait ayırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.08.2023 [04:38]
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
- 14.07.2023 [13:43]
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
- 05.07.2023 [20:47]
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib
- 24.06.2023 [18:40]
Dünyanın ən hündür göydələnləri
- 16.06.2023 [14:00]
Kaliforniyalı Maks Park kubik-rubiki 3,13 saniyəyə yığıb
- 08.06.2023 [17:51]
Alimlərin yeni tapıntısı: Neandertallar ov alətlərini necə yapışdırırdı?
- 22.05.2023 [12:43]
Bakı Zooloji Parkında ayının doğum günü qeyd olunub
- 29.04.2023 [17:42]
Misirli ekspertlər Kleopatranın irqi ilə bağlı mübahisələri qiymətləndirib
- 15.04.2023 [14:18]