CƏMİYYƏT


Karyera qurmaq istəyən gənclər üçün yeni layihə

A+ A

Bakı, 22 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “GMF - Gənc Mütəxəssislərin Formalaşdırılması” layihəsi həyata keçiriləcək. Layihənin rəhbəri Sevinc Cahangirlidir.

AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində gənclər təlimlərdə öyrəndikləri nəzəri bilikləri sosial medianın idarə edilməsi, qrafik dizayn, marketinq, satış, foto sahələrində təcrübi olaraq həyata keçirmək şansı əldə edəcəklər. Bununla yanaşı, onlara fəaliyyətlərini düzgün şəkildə qurmaq yolları izah ediləcək.

Layihədə karyera qurmaq istəyən 17-30 yaşlı gənclər iştirak edə bilərlər. Müraciət üçün onlayn qeydiyyat blankı belədir: http://bit.ly/29TogDd.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.