CƏMİYYƏT
Kənddə yaşayan gənclər sosial şəbəkələrdən səmərəli istifadə qaydalarını öyrəniblər
Bakı, 18 oktyabr, AZƏRTAC
“Yerli” Kənd Gənclərinin İnkişafı Proqramı çərçivəsində növbəti silsilə təlimlər Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) üzvü olan “Dam Beynəlmiləlçi Gənclər İctimai Birliyinin tərəfdaşlığı ilə Şəki-Zaqatala iqtisadi rayonunda keçirilib.
ARGTMŞ-dən AZƏRTAC-a bildiriblər ki, “Sosial şəbəkələrdən səmərəli istifadə qaydaları” mövzusunda keçirilən təlimlərdə Balakən, Zaqatala, Qax və Qəbələ rayonlarından 100-dən çox gənc iştirak edib. Təlim iştirakçılarına sosial şəbəkələr, marketinq sahəsində rəqəmsal alətlər və onların biznes mühitində tətbiqi ilə bağlı ətraflı məlumat verilib. Həmçinin sosial şəbəkələrdə korporativ səhifələrin yaradılması və idarə olunmasından danışılıb.
Daha sonra gənclər mövzu üzrə qrup işlərində iştirak ediblər.