DÜNYA


Klinton və Trampın son teledebatına 71 milyondan çox tamaşaçı baxıb

A+ A

Bakı, 21 oktyabr, AZƏRTAC

ABŞ prezidenti postuna namizədlər Hillari Klinton və Donald Trampın çərşənbə günü Nevada Ştatının Las-Veqas şəhərində keçirilən final teledebatını canlı efirdən 71,6 milyon tamaşaçı izləyib. Bu məlumat Nielsen tədqiqat mərkəzi tərəfindən yayılıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, namizədlərin bundan əvvəl Missuri ştatında baş tutmuş ikinci debatını 66,5 milyon insan izləmişdi. Ən çox tamaşaçı auditoriyasını isə sentyabrın 26-da Nyu-York ştatında keçirilmiş birinci teledebat toplayıb: 84 milyon nəfər. Bu, müvafiq tədbirlər üçün rekord göstərici olaraq qalır.

Nielsen qeyd edir ki, Klinton və Trampın Las-Veqas dueli ABŞ prezidentliyinə namizədlər arasında keçirilən telediskussiyalar tarixində tamaşaçı auditoriyasının sayına görə üçüncü sıradadır. Reytinqdə ikinci yeri isə 1980-ci ildə Cimmi Karterlə Ronald Reyqan arasında keçirilən debatlar tutur. Onu 80,6 milyona yaxın tamaşaçı izləmişdi.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.