İDMAN


Konfederasiyalar Kuboku turniri: finala yüksələn ikinci komanda müəyyənləşib

Bakı, 30 iyun, AZƏRTAC

İyunun 29-da Rusiyada keçirilən futbol üzrə FIFA Konfederasiyalar Kubokunda finala yüksələn ikinci komanda müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, ikinci yarımfinal matçında turnirin favoritləri sayılan Almaniya və Meksika milliləri qarşılaşıblar. Soçidəki “Fişt” stadionunda gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Almaniya yığması rəqibinə 4:1 hesabı ilə qalib gəlib.

Birinci hissənin 6-cı və 8-ci dəqiqələrində son dünya çempionunun heyətində Leon Qoretska dubl edib. Almaniya yığmasında digər qolları oyunun 58-ci dəqiqəsində Tino Verner və 91-ci dəqiqədə Amin Yunes vurublar. Şimali amerikalıların heyətində isə 89-cu dəqiqədə Marko Fabian fərqlənib.

Xatırladaq ki, iyunun 28-də Çili və Portuqaliya komandaları arasında keçirilmiş ilk yarımfinal görüşü Cənubi Amerika təmsilçisinin xeyrinə başa çatıb. Beləliklə, iyulun 2-də keçiriləcək final qarşılaşmasında Almaniya və Çili milliləri oynayacaq.

Üçüncü yer uğrunda görüşdə isə Portuqaliya və Meksika komandaları üz-üzə gələcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.