CƏMİYYƏT


Konqo Prezidenti yanında Hərbi Evin rəisi Azərbaycan Müdafiə Sənayesi Nazirliyində olub

A+ A

Bakı, 9 avqust, AZƏRTAC

Avqustun 9-da müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Konqo Demokratik Respublikasının Prezidenti yanında Hərbi Evin rəisi, ordu generalı François Olengi ilə görüşüb.

Müdafiə Sənayesi Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Y.Camalov qurumun fəaliyyəti barədə qonağa məlumat verib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.