CƏMİYYƏT


Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib

A+ A

Bakı, 21 iyul, AZƏRTAC

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda S.Xəlilovun və Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 2015-ci il 30 iyul tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim C.Qaracayevin məruzəsini, ərizəçilərin vəkilinin, cavabverən orqanın nümayəndəsinin və mütəxəssisin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Sevindik Xəlilovun və Ələddin İbrahimovun Bakı Hərbi Məhkəməsinin 2014-cü il 10 aprel tarixli hökmündən apellyasiya şikayətinin verilməsinin mümkünlüyünə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 2015-ci il 30 iyul tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 416.0.20-ci maddəsinə uyğun olmayan hesab edilsin. İşə bu Qərara uyğun olaraq, Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.