DÜNYA


Koreya Respublikası parlamenti korrupsiya qalmaqalına görə prezidentə impiçment elan edib

A+ A

Bakı, 9 dekabr, AZƏRTAC

Koreya Respublikasının parlamenti korrupsiya qalmaqalında adı hallanan rəfiqəsinə himayədarlıq etdiyi iddia olunan Prezident Pak Kın Heyə impiçment elan edib.

Yonhap informasiya agentliyinin məlumatına görə, gizli səsvermədə iştirak edən 299 parlament üzvündən 234-ü impiçmentin lehinə, 56-sı əleyhinə səs verib, 2 nəfər bitərəf qalıb, 7 nəfərin səsi etibarsız sayılıb.

İmpiçment qərarı ilə prezidentin bütün səlahiyyətlərinə xitam verilir.

Konstitusiya Məhkəməsi 180 gün ərzində impiçmentin legitimliyi barədə qərar qəbul edəcək. Bu müddət ərzində prezidentin səlahiyyətləri ölkənin Baş naziri tərəfindən icra olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.