MƏDƏNİYYƏT


Körpələrin ürəyinə yol tapan şair

A+ A

Bakı, 30 noyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında tanınmış şair İlyas Tapdığın anadan olmasının 82-ci ildönümünə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, kitabxananın foyesində “Körpələrin ürəyinə yol tapan şair” mövzusunda ədibin kitablarından ibarət sərgi açılıb.

Tədbirdə əvvəlcə İlyas Tapdığın həyat və fəaliyyətini əks etdirən videoslayd nümayiş olunub.

Kitabxananın uşaq şöbəsinin müdiri Şahnaz Cəlilova şairin həyat və yaradıcılığından söhbət açıb.

Bildirilib ki, İlyas Tapdıq 1934-cü il noyabrın 30-da Gədəbəy rayonunun Əli İsmayıllı kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil alıb.

Çıxış edələr 50-dən çox şeir, tərcümə kitablarının müəllifi kimi tanınan şairin bir çox gənc və tanınmış qələm adamlarının kitabının redaktoru və “Ön söz” müəllifi olduğunu bildiriblər. Onun gənc qələm sahiblərinə diqqət və qayğısından söhbət açıblar.

Tədbirdə 261 nömrəli tam orta məktəbin və “Zəkalar” liseyinin şagirdlərinin ifasında şairin yaradıcılığına həsr edilmiş ədəbi-bədii kompozisiya təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.