CƏMİYYƏT
Kür çayının aşağı axınında suyun səviyyəsi dəyişməyib
Bakı, 22 avqust, AZƏRTAC
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-90, Kiçik Qafqazın çaylarında 30-80, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-50 faizini təşkil edir.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib. Məlumata görə, avqustun 22-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 108 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində də suyun səviyyəsində 2 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 29 kubmetrdir.
Kür çayının aşağı axınında suyun səviyyəsində mühüm dəyişiklik qeydə alınmayıb. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 2 santimetr artıb.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 360, Salyanda 140, Bankədə 185, Novruzlu məntəqəsində isə 68 santimetrdir.