CƏMİYYƏT


Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım olub

Bakı, 7 avqust, AZƏRTAC

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-70, Kiçik Qafqazın çaylarında 20-60, Lənkəran-Astara bölgəsi çaylarında 50-100, Naxçıvan Muxtar Respublikası çaylarında isə 50 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, avqustun 7-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 50 kubmetr olmaqla ongünlük normanın 38 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 85 kubmetr olmaqla, ongünlük normanın 64 faizinə bərabər olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 12 kubmetr olmaqla ongünlük normanın 17 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 88 kubmetr təşkil edərək ongünlük normanın 127 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra və Şirvan məntəqələrində 4, Bankədə 6 santimetr artım, Araz çayının Novruzlu məntəqəsində 2 santimetr azalma qeydə alınıb, Salyan məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 352, Şirvanda 207, Salyanda 117, Bankədə 177, Araz çayının Novruzlu məntəqəsində isə 58 santimetr təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.