CƏMİYYƏT
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, araşdırmanın nəticələrinə əsasən sentyabrın 29-da Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-120, Kiçik Qafqazın çaylarında 30-110, Lənkəran-Astara bölgəsi çaylarında 10 faizini təşkil edib.
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 17 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 177 m3/s olmaqla ongünlük normanın 127 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsinin 7 sm artdığı müəyyən edilib. Bu məntəqədə su sərfi 88 m3/s olub.
Kür çayının Surra məntəqəsində 9, Şirvanda 24, Bankədə 13, Araz çayının Novruzlu məntəqəsində 30 sm azalma qeydə alınıb. Kürün Salyandan keçən hissəsində isə suyun səviyyəsində mühüm dəyişiklik baş verməyib.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 301, Şirvanda 157, Salyanda 118, Bankədə 169, Novruzlu məntəqəsində 20 sm təşkil edir.