CƏMİYYƏT


Kür çayının su sərfi saniyədə 79 kubmetr artıb

Bakı, 4 iyul, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə iyunda növbəti monitorinq keçirib.

AZƏRTAC nazirliyin saytına istinadla xəbər verir ki, iyunun üçüncü ongünlüyündə Kür çayında suyun sərfi iyunun ikinci ongünlüyünə nisbətən saniyədə 79 kubmetr artaraq saniyədə 241 kubmetr təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə edilib.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar yol verilən qatılıq həddini (YVQH) Şıxlı-2 məntəqəsində 4, Ağstafaçayda 4,2, Ağstafaçay su anbarında isə 3,2 dəfə keçib.

İyunun üçüncü ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə, fenollar YVQH-ni Araz çayı üzrə Horadizdə 2,4, Birinci Şahsevəndə 3, Bəhramtəpədə isə 2,7 dəfə keçib.

Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində olub.

Suyun oksigen rejimi bütün məntəqələrdə 6,92-7,9 milliqram/litr arasında olmaqla sanitar norma daxilində dəyişib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.