REGİONLAR


Kürdəmirdə yaşayış binalarının əsaslı təmirinə başlanılıb 

A+ A

Kürdəmir, 29 mart, AZƏRTAC

Kürdəmir şəhərində ötən əsrin 70-ci illərində inşa edilən 21 yaşayış binasında əsaslı təmir işlərinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, təmir işləri Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılan 3 milyon manat vəsait hesabına aparılır. Prezident İlham Əliyev ötən il sentyabrın 17-də Kürdəmirə səfəri zamanı abadlıq və quruculuq işlərinin davam etdirilməsi ilə bağlı müvafiq göstəriş və tövsiyələr vermişdi.

Təmir olunan binalardan 2-si 60, 2-si 40, 1-i 45, 16-sı isə 16 mənzillidir. Hazırda Babək küçəsində və Aran qəsəbəsindəki beşmərtəbəli binalarda təmir işləri görülür. Belə ki, binaların dam örtükləri dəyişdirilir, dəhlizləri, suvağı sökülərək təzələnir və rənglənir, kürsü hissəyə bir metr hündürlüyündə ağlay üzlük vurulur. Binaların girişinə yeni dəmir seyf qapıları qoyulur, köhnə pəncərələr təzə plastik pəncərələrlə əvəz olunur.

Yaşayış binalarında kanalizasiya sisteminin yenidən qurulması və həyətlərində abadlaşdırma işlərinin görülməsi də nəzərdə tutulub.

Təmir işlərinə 100 nəfərdən çox işçi qüvvəsi cəlb edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.