CƏMİYYƏT


Kuril adaları yaxınlığında zəlzələ baş verib

Bakı, 25 iyul, AZƏRTAC

Rusiyanın Saxalin vilayətinin Kuril adaları yaxınlığında 5,6 bal gücündə zəlzələ baş verib.

“RİA Novosti” agentliyinin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla 06:03-də Sakit okeanda, 120 km dərinlikdə qeydə alınıb.

Yerli vaxtla saat 06:24-də eyni ərazidə 3,6 bal gücündə təkrar zəlzələ baş verib. Regionun yaşayış məntəqələrində yeraltı təkanlar hiss olunmayıb. Zəlzələ ilə əlaqədar sunami xəbərdarlığı elan edilməyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.