Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Kütləvi turist axınına rast gəlmək üçün Quba ən heyrətamiz yerlərdən biri sayılır

Bakı, 1 may, AZƏRTAC

Quba- Azərbaycanın ən məşhur istirahət məkanlarından biridir. 2016-cı ildə Qubaya səyahət edən yerli və xarici turistlərin sayı 82 min nəfər olub. Xüsusilə yaz fəslində Quba rayonunda çoxsaylı meyvə bağları və yaşıl zümrüdörtüklü istirahət parkları turistləri cəlb edir. Buna görə də, Turizm İnformasiya Mərkəzinin direktoru Murad Hacıyev AZƏRTAC-ın müxbirinə yeni mövsümdə Quba rayonunda turistlər üçün maraqlı turlar hazırladığını bildirib və geniş müsahibə verib.

- Quba daim çoxlu sayda turistləri özünə cəlb edə bilib. Qubanın bu qədər çox məşhurluq qazanmasının sirri nədədir? Burada turistlərə hansı tanınmış yerlər təqdim olunur?

-Quba bənzərsiz təbii landşaftları ilə turistlərin diqqətini cəlb edir. Regiona gələn turistlərin əksəriyyəti Təngəaltının şəffaf qayalarına bürünmüş və hündürlüyü 75 metrə çatan daşqın sularla əhatə olunan möcüzəli Afurca şəlaləsinə böyük maraq göstərirlər. Xınalıq kəndinin əhalisinin özünəməxsus dilini, fərqli adət-ənənələrini və qonaqpərvərliyini qoruyub saxlayan bir xalq olması bənzərsiz maraq oyadır. Rayonda çoxlu sayda tarixi və mədəni yerlər – qədim məscidlər, körpülər, hamamlar və muzeylər yerləşir. Quba xalçaçılıq məktəbinin füsunkar xalçalarını görmək hər bir xalça həvəskarının arzusu olduğu kimi yerli mətbəxin yeməklərindən də dadmaq hər bir yemək mütəxəssisinin istəyidir. Deyilənə görə, XIX əsrdə Aleksandr Düma Qubaya səfər etmiş, dayanacaqlardan birində dayanaraq, istirahət etmək üçün atəşpərəst əhali tərəfindən dəvət olunmuşdur. Quba sakinləri Aleksandr Düma üçün quzu kababı ziyafəti təşkil etmişdir və bölgənin sakinlərinin bu qonaqpərvərliyi onu heyrətə salmışdır. İnandırım sizi ki, o vaxtdan biz bu ustalığı itirməmişik. Dümanı heyrətə salan quzu kababı bu gün də həminki ləzzəti ilə qonaqlara təqdim olunur.

- Yay mövsümü artıq başlayır. Quba rayonuna gələn turistləri hansı yeniliklər gözləyir?

-Quba Turizm İnformasiya Mərkəzi daim yeni ekskursiya proqramları hazırlayır və həyata keçirir. Bu günə qədər qonaqlara 4 istiqamət üzrə tur proqram təklif olunurdu. Bu mövsümdən isə artıq beşinci tur olan və yeni istiqamətləri əhatə edən Quba-Alıc turu turistlərin ixtiyarına veriləcək. Bununla bərabər, yay mövsümündə bəzi mehmanxana və mehmanxana tipli otellər tərəfindən endirimlər və başqa sürprizlər qonaqları sevindirəcək.

-Quba rayonunda turizm nöqteyi-nəzərindən əlverişli mövqeyə malik kəndlər çoxdur. Turistləri cəlb etmək üçün bu kəndlərin hansı perspektivləri mövcuddur?

-Həqiqətən Quba rayonu onun ərazisində yaşayan xalqlar və etnik qruplarla zəngindir. Burada azərbaycanlılarla yanaşı, ləzgilər, tatlar, yəhudilər, məhsəti türkləri, xınalıqlılar, buduqlular, qrızlılar və başqa millətlərin nümayəndələri Qubanın qəsəbə və kəndlərində yaşayır. Qubanın bu kəndləri özünəməxsus adət-ənənələrini, mətbəxini qoruyub saxlamışdır. Bu qəsəbə və kəndlərə Qırmızı qəsəbə, Xınalıq, Rustov, Qonaqkənd, Qırız, Buduq və s. misal göstərmək olar.

-Hazırda Quba rayonunda neçə otel və qonaq evi fəaliyyət göstərir və onlar nə qədər yer tutumuna malikdirlər? Rayonun infrastrukturu bölgəyə axın edəcək turistləri təmin etmək gücünə malikdirmi?

-Quba rayonunda 40-a yaxın otel və istirahət mərkəzi və 2 qonaq evi fəaliyyət göstərir. Turistlərin rayonda rahatlığını təmin etmək məqsədilə yollar bərpa edilir, rayondaxili nəqliyyat vasitələrinin sayı artırılır, restoran, kafe və otellərdə personalın qonaqlara yüksək xidmət göstərməsi üçün təlimlər keçirilir.

Quba Dövlət Sosial İqtisadi kolleci hər il 20-dən çox turizm sahəsində kadrlar hazırlayır ki, onlar da rayonun turizm sahəsində yüksək xidmətə hazır olur. Eyni zamanda, respublikanın başqa şəhərlərində turizm sahəsində təhsil alan gənclər bura çalışmaq üçün üz tutur.

-Quba rayonunun turistlər üçün maraqlı olduğunu bilirik, onları rayonda ən çox nə cəlb edir?

-Quba əvvəldən səyahətçiləri özünə cəlb etmişdir. Vaxtilə Qubaya fransız yazıçısı Aleksand Düma, Rus yazıçısı Bestujev-Marlinski, məşhur Norveç alim-səyyahı Tur Xeyerdal səyahət etmişlər. Axır illər şahid oluruq ki, Qubaya gələn xarici qonaqların sayı artmışdır. Tarixi-mədəniyyət abidələrimiz, muzeylərimiz, özünəməxsus özəlliklərə məxsus kəndlərimiz, günümüzə qədər öz adət-ənənəsini qoruyub saxlayan Xınalıq kəndi, yəhudilərin kompakt şəkildə yaşadığı Qırmızı qəsəbə, Afurca şəlaləsi, Təngə dərəsi, Xalçaçılıq, milli mətbəximiz turistləri daim Qubaya cəlb edən önəmli xüsusiyyətlərdəndir.

Eləcə də Tağlı körpünü yaddan çıxarmaq olmaz. Körpü XVIII-XIX əsrlərdən bu günümüzə gəlib çatan tarixi abidələrdəndir. Abidə on dörd tağdan ibarətdir, uzunluğu 275 metr, eni 8 metrdir və bişmiş qırmızı kərpicdən inşa edilmişdir. Körpü Azərbaycanda XIX əsrdə inşa edilmiş belə konstruksiyaya malik yeganə abidədir.

Əlbəttə, bütün qonaqlar ermənilər tərəfindən 1918-ci ildə Azərbaycan torpaqlarında həyata keçirdiyi kütləvi qırğınlar nəticəsində həlak olan minlərlə azərbaycanlının xatirəsinə ucaldılmış Quba Soyqırımı Memorial Kompleksinə üz tutur. Kompleks 2007-ci ildə rayon stadionunda aparılan təmir-tikinti işləri zamanı aşkar edilmişdir. Burada, həmçinin tarixi sənədlər və faktların sərgiləndiyi muzey fəaliyyət göstərir.

-Göyçayda nar bayramı, Qəbələdə Musiqi festivalı keçirilir. Qubada turistləri cəlb edəcək hansı tədbirlər həyata keçirilir?

-Quba xüsusi ləzzətə malik alma bağları ilə məşhurdur. Alma Qubanın rəmzidir və hər il oktyabr ayında, məhsulun yığımı zamanı “Alma bayramı” qeyd olunur. Heydər Əliyev adına mədəniyyət və istirahət parkında həmin gün fermer məhsullarının nümayişi təşkil edilir və alma çeşidləri, almadan hazırlanan suvenirlər, yeməklər, içkilər qonaqlara təklif edilir. Tədbir zamanı, həmçinin yaradıcı qrupların müsabiqələri keçirilir. Tədbirdə Azərbaycanın başqa bölgələrindən əlavə, xarici ölkələrdən gələn qonaqlar iştirak edir.

Bu il may ayının ortalarında, ilk dəfə olaraq “Turizmin inkişafı, bölgənin rifahı” adlı geniş miqyaslı tədbir həyata keçiriləcək. Tədbirdə Quba, Qusar və Xaçmaz rayonları turizm potensialını əks etdirən sərgilər nümayiş etdirəcək. Quba bu tədbirdə xüsusi olaraq öz xalçaçılıq və mətbəx məhsullarını təqdim edəcək.

-Siz Quba xalçası haqqında söz açdınız. Bizə bu haqda geniş məlumat verə bilərsinizmi?

-Şübhəsiz Quba xalçaları turistlərin rayona marağını artıran əsas səbəblərdən biridir. Quba xalçaları 30-dan çox kompozisiya, biometrik naxışları və minimal rəngarəngliyi ilə seçilir. 1712-ci ildə toxunan Quba xalçası “Qollu Çiçi” hazırda Nyu-York şəhərində, Metropoliten muzeyində sərgilənir.

Quba Azərbaycanın ən böyük xalçaçılıq mərkəzlərindən biridir. Qubanın bir çox kəndlərində sakinlər öz evlərində toxuculuqla məşğul olur. Hazırda Qubada “Qədim Quba” və “Aygün” adında 2 peşəkar xalçaçılıq müəssisələri fəaliyyət göstərir. Müəssisənin sexlərində hər ölçüdə və naxışda xalçalar toxunur. Burada rənglər təbii və süni xammaldan əldə edilir.

-Qubada öz qədimliyini qoruyub saxlamış tarixi abidələrdən biri “Çuxur hamam”dır. Burada bir neçə müddətdir ki, təmir bərpa işləri aparılır. Abidə turistlərin ixtiyarına nə vaxt veriləcək?

-“Çuxur hamam” 1985-ci ilə qədər təyinatı üzrə istifadə edilmişdir. Ondan sonra abidənin bərpa olunmasının zəruriliyi gündəmə gəlmişdir. Sevindirici haldır ki, Azərbaycan memarlığının incisi olan abidənin öz orijinallığını qoruyub saxlamaq şərti ilə bərpası bu il yekunlaşacaq və o öz qapılarını qonaqların üzünə açacaq.

XVIII əsrdə qırmızı kərpicdən tikilmiş hamam tarixin həm yaxşı, həm də bəzi faciəvi səhifələrini də özündə əks etdirir. Hamamda məşhur fransız yazıçısı Aleksandr Düma çimib. 150 il sonra onun nəticəsi ulu babasının gəzdiyi yerləri yenidən ziyarət edib.

Yerli əhalinin söylədiyinə görə, 1918-ci ildə ermənilər tərəfindən Qubada törədilən soyqırımı zamanı adamları Çuxur hamamında buxarda boğublar. Sonra isə onları çalaya töküblər.

-Sizin fikrinizcə bölgədə turizmin inkişafına mane olan amillər hansılardır?

-Turizmin inkişafına mane olan əsas amillərdən biri bəzi kənd yollarının yararsız vəziyyətdə olmasıdır ki, bu da qış mövsümündə gediş-gəlişi olduqca çətinləşdirir. Bundan əlavə, bəzi istirahət mərkəzlərində qiymətlərin baha olması turistlərin narazılığına səbəb olur. Əminəm ki, yaxın zamanda bütün problemlər öz həllini tapacaq və Qubaya turist axını daha da artacaq.

-Regionda turizmin təbliği üçün Quba Turizm İnformasiya Mərkəzi hansı işləri həyata keçirir? Turistlər sizinlə necə əlaqə saxlaya bilərlər?

-Mərkəzimizin bölgənin tanıdılması üçün çap məhsullarının hazırlanaraq paylaşılmasını təmin edir. Rəngarəng bukletlər, braşuralar, xəritə və bələdçi kitablarını əldə etmək üçün Quba Heydər Əliyev prospekti 165 ünvanda yerləşən bizim ofisə müraciət etmək kifayətdir. Bununla yanaşı turistlər bizim www.guba.travel veb səhifəsində və sosial şəbəkələrdən olan hesablarda yerləşdirilən maraqlı məlumatlardan yararlana bilərlər. Arzu edən hər kəs mərkəzin 023 335 36 18 və 070 530 76 70 nömrələri vasitəsilə bizimlə əlaqə qura bilər.

-Siz bir Quba sakini olaraq, yeni yerlər kəşf etmək istəyən qonaqlara haraları məsləhət görərdiniz?

-Qədim zamanlardan bu günə qədər Quba öz tarixi, təbiəti, memarlığı və mədəniyyəti ilə Azərbaycanın mərkəz rayonlarından biri olmuşdur. Mən Qubada ictimaiyyətə az məlum olan yerlər var ki, mən onları qeyd etmək istərdim. Xınalıq kəndi yaxınlığında Atəşgah, Tufan göl, Alıc kəndində şam meşəsi, Xanagah kəndinin gözoxşayan şəlaləsi. Xaşı və Xaltan kəndlərində müalicəvi mineral bulaqlar və s. kimi maraqlı yerlər bu gün öz qonaqlarının yolunu gözləyir.

Emil Eyyubov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir- MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

Növbəti köç karvanı Füzuliyə çatıb

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb YENİLƏNƏCƏK

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-ün tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur