CƏMİYYƏT


Küveytdə Yer üzündə müşahidələrin tarixi ərzində ən yüksək temperatur qeydə alınıb

A+ A

Bakı, 25 iyul, AZƏRTAC 

Küveyt Dövləti ərazisində Yer üzündə meteoroloji müşahidələrin bütün tarixi ərzində ən yüksək temperatur qeydə alınıb. Bundan sonra “Ən yüksək temperatur” nominasiyasında rəsmi dünya rekordu İran körfəzinin şimal-qərb sahilindəki kiçik əmirlikdə yerləşən Əl-Mütrib şəhərinə aid ediləcək.

AZƏRTAC TASS-a istinadla xəbər verir ki, iyulun 20-də Əl-Mütribdə Yer səthinin rekord temperaturu - Selsi şkalası üzrə 54 dərəcə istilik (Farenheyt şkalası üzrə 129 dərəcə) qeydə alınıb. Küveyt meteoroloqlarının təqdim etdiyi bu rəqəm Dünya Meteorologiya Təşkilatı tərəfindən təsdiqlənib.

Bundan əvvəl Selsi şkalası üzrə 54 dərəcədən yuxarı istilik iki dəfə qeydə alınıb. 1913-cü il iyulun 10-da Kaliforniya ştatında Ölüm Vadisində 56,7 dərəcə istilik, 1922-ci il sentyabrın 13-də Liviya səhrasında yerləşən İtaliya hərbi bazası ərazisində 58 dərəcə istilik qeydə alınıb. Lakin mütəxəssislər bildirirlər ki, hər iki halda ölçmə diletantlar tərəfindən aparılıb. Onlar dəqiqliyi şübhə doğuran cihazlardan istifadə ediblər. Odur ki, nə 1913-cü ildə Kaliforniya istisi, nə də 1922-ci ildə Liviya bürküsü barədə məlumat dürüst, termometrlərin göstəriciləri isə mütləq doğru qəbul edilə bilməz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.