CƏMİYYƏT


Lənkəran-Astara bölgəsi çaylarında sululuq ongünlük normanın 10-20 faizini təşkil edir

A+ A

Bakı, 7 oktyabr, AZƏRTAC

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-150, Kiçik Qafqazın çaylarında 100-130, Lənkəran-Astara bölgəsi çaylarında isə 10-20 faizini təşkil edir.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib. Məlumata görə, oktyabrın 7-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 santimetr azalma müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 121 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində də suyun səviyyəsində 6 santimetr azalma qeydə alınıb. Məntəqədə su sərfi saniyədə 57 kubmetr olub.

Kür çayının aşağı axınında da suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 5 santimetr azalıb.

Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 420, Salyanda 301, Bankədə 233, Novruzlu məntəqəsində isə 155 santimetrdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.