CƏMİYYƏT
Lənkəran-Astara bölgəsi çaylarında yüksək sululuq müşahidə olunub
Bakı, 6 mart, AZƏRTAC
Hazırda ən yüksək sululuq Lənkəran-Astara bölgəsi çaylarında müşahidə olunmaqla ongünlük normanın 510-700 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-190, Kiçik Qafqazın çaylarında 70-120, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edir.
Martın 6-da Kür çayının Qıraqkəsəmən məntəqəsində, eləcə də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Kür çayının aşağı axınında və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində əsasən azalma qeydə alınıb.
Suyun səviyyəsinin Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 381, Şirvanda 243, Salyanda 207, Bankədə 205, Novruzlu məntəqəsində isə 128 sm olduğu müəyyən edilib.