REGİONLAR


Lerikdə təndirdə bişirilən “Zeyrən” çörəyi özünəməxsus dadı ilə seçilir

Lerik, 6 avqust, Bağır Əliyev, AZƏRTAC

Azərbaycan mətbəxinin ən qədim şirniyyat növlərindən biri də “Zeyrən” çörəyidir.

“Zeyrən” çörəyi vaxtilə cənub bölgəsində hər bir ailədə süfrələrin bəzəyi olub.

Lerik rayon sakini Gülnaz Şahıyeva AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib ki, bu çörək növü qədim dövrdən nənələrimizdən bizə yadigar qalıb. Bayram günlərində nişanlı qızlar, gəlinlər üçün bu çörəklərdən mütləq pay aparırlar.

G.Şahıyeva “Zeyrən” çörəyinin bişirilmə qaydalarından danışaraq deyib: “Unun üzərinə ilıq süd, yumurta, yumşaldılmış kərə yağı, duz və maya qatılıb xəmir yoğurulur. Xəmir isti yerdə 1 saat saxlanıb kündələrə bölünür. Kündələrin üzərinə su çilənib 25-30 santimetr həcmində əl ilə açılır. Açılmış xəmirin üzərinə içlik yayılıb kənarları badambura formasında bükülür. Üzərinə mətbəx qayçısı ilə naxışlar vurulur. Şirin xəmirin alt hissəsi çəngəllə deştəklənir. Yumurta sarısı, bitki yağı, sarıkök qarışdırılıb xəmirin üstünə çəkilir. “Zeyrən” çörəyi təndirdə və ya 180 dərəcəyədək qızdırılmış sobada bişirilir”.

Çörəyin hazırlanma prosesində vacib məqamları sadalayan müsahibimiz bu çörəyi sobada bişirməyin asan olduğunu, lakin təndirdə bişən “Zeyrən”in dadının tamam başqa olduğunu bildirir.

“Zeyrən” çörəyi təndirdə 10 dəqiqəyə bişir. İsti-isti təndirdə bişən çörəyin dadına baxsaq da, Gülnaz xanım dedi ki, bu çörək tamamilə soyuduqdan sonra kəsilsə daha yaxşı olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.