REGİONLAR
Litvalı alim Bakı Mühəndislik Universitetinin tələbələri ilə görüşüb
Xırdalan, 17 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Bakı Mühəndislik Universitetinin (BMU) “Azərbaycan Multikulturalizmi” Elm-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə Litva Universitetinin professoru Vidas Kavaliauskasın universitetin tələbələri ilə görüşü keçirilib.
BMU-nin mətbuat xidmətindən AZƏRTAC -a bildirilib ki, görüşdə litvalı professor ölkəsi haqqında tələbələrə məlumat verərək, Litva ilə Azərbaycan multikulturalizminin paralel müqayisəsini aparıb. Professor Azərbaycana tez -tez səfər etdiyini, ölkəmizin multikulturalizm modelinin dünyada nümunəyə çevrildiyini tələbələrin diqqətinə çatdırıb.
Sonda alim tələbələrin suallarını cavablandırıb. Ona Elm-Tədris Mərkəzinin və Bilik Fondunun hədiyyələri təqdim olunub.
Səfər çərçivəsində Vidas Kavaliauskas, həmçinin Bakı Mühəndislik Universitetinin Texnoparkı və “Azərbaycan Multikulturalizmi” Elm-Tədris Mərkəzi ilə tanış olub.