REGİONLAR
Macarıstan səfiri Lənkəranın ölkəsinin istənilən şəhəri ilə qardaşlaşma əlaqələrinin qurulmasını təklif edib
Lənkəran, 24 may, Bağır Əliyev, AZƏRTAC
Macarıstanın ölkəmizdəki səfiri İmre Laslotski tanışlıq məqsədi ilə Lənkəran rayonunda ikigünlük səfərdə olub.
AZƏRTAC xəbər verir ki, şəhər icra hakimiyyətində keçirilən görüşdə səfir İmre Laslotski Lənkəranın Macarıstanın istənilən şəhəri ilə qardaşlaşma əlaqələrinin qurulmasını təklif edib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov qonağa rayonun sosial-iqtisadi inkişafı barədə məlumat verib, macarıstanlı iş adamları ilə əməkdaşlıq əlaqələrinin qurulmasının faydalı olacağını vurğulayıb.
Səfər zamanı macarıstanlı diplomat, həmçinin Lənkəran Dövlət Universitetində olub, Gənclər Mərkəzində bir qrup iş adamı ilə görüşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [13:05]
Naxçıvanda iki gənc göldə boğulub
- 09.05.2024 [23:02]
Neftçalada yol qəzası olub, xəsarət alanlar var
- 09.05.2024 [20:44]
Babək rayonunda fərdi yaşayış evində yanğın baş verib
- 09.05.2024 [19:21]