İDMAN


Marina Durundanın “Bakı-2017”də üçüncü çempionluğu

Bakı, 14 may, AZƏRTAC

Milli Gimnastika Arenasında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bədii gimnastika üzrə sonuncu – lentlə hərəkətlər yarışında qalib gələn Marina Durunda İslamiadada üçüncü çempionluğunu əldə edib.

AZƏRTAC xəbər verir ki, gimnastımız yarışda 15.450 xalla qızıl medala layiq görülüb.

Lentlə hərəkətlər üzrə yarışda ikinci yeri də Azərbaycan gimnastı tutub. Jalə Piriyeva eyni xalla gümüş medala sahib olub.

Bürünc medalı isə Özbəkistan gimnastı Sabina Taşkenbayeva (14.950) qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.