Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Masallıda Qadın Resurs, Gənclərin Məşğulluq və Təlim-Tədris mərkəzləri açılıb

Masallı, 6 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Oktyabrın 6-da Masallı şəhərində gənclərin və qadınların məşğulluğuna dəstək məqsədilə Qadın Resurs, SYSLAB Gənclərin Məşğulluq və Təlim-Tədris mərkəzlərinin açılışı və “ASAN həyat” kompleksindəki “ABAD” layihəsinin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.

"Sahibkarlığa və məşğulluğa iqtisadi dəstək" layihəsi çərçivəsində Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə gənclər, rayonda fəaliyyət göstərən qadın təşkilatlarının təmsilçiləri, sahibkar qadınlar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Layihə Azərbaycan Hökuməti, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və BMT-nin İnkişaf Proqramı (BMTİP), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə əməkdaşlıq çərçivəsində reallaşdırılıb.

Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində rayonda görülən işlərdən danışaraq əhalinin məşğulluğunun diqqətdə saxlanıldığını bildirib. Qeyd edib ki, yeni açılan mərkəzlər gənclər və qadınların məşğulluğunun dəstəklənməsi baxımından böyük əhəmiyyətə malikdir.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev gənclərin məşğulluğuna və iqtisadi inkişaf proseslərində fəal iştirakına şərait yaradılmasının Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf kursunun əsas komponentlərindən biri olduğunu vurğulayıb. Bildirilib ki, ölkəmizdə gənclərlə bağlı icra olunan Dövlət proqramları, eyni zamanda, dövlət məşğulluq siyasəti gənclərin işlə təmin olunması imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımların atılmasına şərait yaradıb.

“Bu gün Azərbaycan gənclər arasında işsizliyin ən aşağı səviyyədə olduğu ölkələrdən biridir. Beynəlxalq Əmək Təşkilatının (BƏT) rəsmi saytında gənclərin səmərəli məşğulluğunun təmin olunması üzrə dolğun hüquqi bazası, iş təcrübəsi təqdim olunan ölkələr sırasına Azərbaycan da daxil edilib. Cari ilin mayında BƏT-in beynəlxalq səviyyəli konfransı çərçivəsində təşkil olunan müsabiqədə ölkəmiz gənclərin məşğulluğunun dəstəklənməsi sahəsində MDB üzrə ən yaxşı iş təcrübəsi ilə seçilərək birinci yerə layiq görülüb, nümayəndə heyətimizə BƏT-in diplomu təqdim olunub”, - deyə İdris İsayev bildirib.

Ölkə gəncləri arasında iqtisadi fəallıq göstəricisinin də yüksəlməkdə olduğunu qeyd edən nazir müavini diqqətə çatdırıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərinin mühüm bir istiqaməti gəncləri əhatə edir. Bu ilin ötən dövründə nazirliyin məşğulluq orqanlarının xətti ilə münasib işlərlə təmin edilənlərin təqribən 35 faizi, peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunanların 65 faizi gənclər olub. Eləcə də 2013-cü ilin dekabrında fəaliyyətə başlayan Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində 870 nəfərdən çox gənc peşə hazırlığına cəlb olunub.

Gənclərlə bağlı aktiv məşğulluq tədbirlərinin təşkilində müasir dünya təcrübəsinə uyğun innovativ vasitələrdən istifadə olunduğunu vurğulayan İ.İsayev deyib: “BMT İnkişaf Proqramı ilə nazirlik arasında son illərdə icra olunan “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi gənclərin əmək bazarına inteqrasiyasında SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) metodologiyasının tətbiqinə imkan verib. Layihəyə əsasən, Bakı, Sumqayıt və Gəncə şəhərlərində SYSLAB Təlim-Tədris mərkəzləri yaradılıb və ilk dəfə işaxtaran ali təhsilli 452 nəfər gənc həmin mərkəzlərdə təlim kurslarına cəlb edilib. Onlar bu təlimlər zamanı müasir üsullar, innovativ metodlar əsasında iş axtarışı bacarıqlarına yiyələniblər. Həmin gənclərdən 80 faizə yaxını bu bacarıqlardan faydalanaraq, ayrı-ayrı müəssisələrdə münasib işlə təmin olunublar”.

Qeyd olunub ki, bu müsbət təcrübə cari ilin aprelində BMT İnkişaf Proqramı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında növbəti “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsinin imzalanmasına əsas yaradıb. 2017-ci ilin sonunadək davam edəcək həmin layihə çərçivəsində hazırda Masallı rayonunda SYSLAB Təlim-Tədris Mərkəzi fəaliyyətə başlayır. Mərkəzdə təşkil olunan təlim kursları işaxtaran gənclərin SYSLAB metodologiyası əsasında müvafiq bacarıqlara yiyələnərək əmək bazarına çıxış imkanları əldə etmələrinə öz töhfəsini verəcək. Təlim kurslarında iştirakçılar üçün xüsusi ehtiyacları nəzərə alınmaqla, müvafiq köməyin göstərilməsi üçün fərdi sessiyaların keçirilməsi də təmin olunacaq.

İ.İsayev Masallı rayonunda yeni yaradılan Qadın Resurs Mərkəzinin də bölgədə qadınların iqtisadi və sosial həyatda iştirakının stimullaşdırılmasında, onların əmək bazarına inteqrasiyasında və məşğulluq imkanlarının reallaşdırılmasında əhəmiyyətli rol oynayacağını bildirib, hər iki mərkəzin fəaliyyətinə uğurlar arzulayıb.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai Azərbaycanla təmsil etdiyi qurum arasında səmərəli əməkdaşlığın uğurla davam etdiyini bildirib.

Q.İsakzai gənclərin və qadınların sosial-iqtisadi həyatda fəal iştirakının ölkənin kənd rayonlarında inklüziv və davamlı inkişaf üçün vacib olduğunu vurğulayıb, yeni yaradılan mərkəzlərin bu sahədə fəal rol oynayacağına əminliyini ifadə edib. O, uğurlu əməkdaşlığa görə tərəfdaşlara minnətdarlığını bildirərək deyib ki, aparılan birgə işlər bütün tərəflərin BMT-nin Davamlı İnkişaf Məqsədlərinə sadiqliyini sübut edir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova qadın və uşaqların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan dövlət siyasətindən söz açıb. O, kənd və rayonlarda yaşayan qadınların sosial-iqtisadi fəallığının artırılması məqsədilə həyata keçirilən tədbirləri, o cümlədən BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq müstəvisində görülən işləri diqqətə çatdırıb. Əminliklə bildirib ki, Masallı rayonunda açılan yeni Qadın Resurs Mərkəzi qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqinə mühüm töhfə verəcək.

ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşı Karter Uilbur belə tədbirlərin gənclərin və qadınların məşğulluğunun təmin olunmasında, onların sosial-iqtisadi həyatda fəal iştirak etmələrində önəmli dəstək olduğunu vurğulayıb.

Tədbirdə artıq iş yeri əldə etmiş SYSLAB layihəsinin məzunlarına - 13 qadına və 8 gəncə sertifikatlar verilib.

Sonra Qadın Resurs mərkəzləri iştirakçılarının biznes fəaliyyətinə dair nümunələri təqdim edilib. Layihələr üzrə qısa təqdimatlar keçirilib, tədbir iştirakçıları hər iki mərkəzdə yaradılmış şəraitlə tanış olublar.

Qonaqlar Masallı şəhərindəki Heydər Əliyev parkında evdar qadınların əl işlərinə, yerli mətbəx, xalq tətbiqi sənəti nümunələrinə baxıb, “Halay” folklor kollektivinin və uşaq rəqs qrupunun çıxışlarını izləyib, Uşaq İncəsənət Məktəbi və rayon tarix-diyarşünaslıq muzeyində olublar.

Daha sonra qonaqlar “ASAN həyat” kompleksində fəaliyyət göstərən xidmət sahələri və burada yaradılan şəraitlə maraqlanıblar. Tədbir “ASAN həyat” kompleksində “ABAD” (Ailə Biznesinə Asan Dəstək) layihəsinin təqdimatı ilə başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə siyasətçisi Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək