ELM VƏ TƏHSİL
Mayın 27-də keçiriləcək ilk sınaq imtahanına yazılış davam edir
Bakı, 17 aprel, AZƏRTAC
Birinci və dördüncü ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlərin imtahanlara daha səmərəli hazırlaşmalarına kömək məqsədilə mayın 27-də ilk sınaq imtahanı keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, imtahanlar bir növbə üzrə keçirilir və bütün binalarda saat 11-də başlanır.
Mayın 27-də keçiriləcək sınaq imtahanına qeydiyyat mayın 23-də saat 10-dək aparılacaq.
Sınaq imtahanlarında iştirak etmək istəyən şəxslər “ekabinet.dim.gov.az” saytındakı "Şəxsi kabinet"in "Sınaq imtahanı üçün ödəmə kartlarının alınması" bölməsinə daxil olaraq 'Sınaq imtahanı' ödəmə kartını əldə edib “eservices.dim.gov.az/sinaq” səhifəsində “yeni istifadəçi” kimi qeydiyyatdan keçməlidirlər.
Qeydiyyatdan keçmiş istifadəçilər istədikləri vaxt yeni ödəmə kartı əldə edib hesablarının balansını artıra bilərlər. İstifadəçilər balanslarındakı vəsaitdən istifadə etməklə sınaq imtahanlarına istənilən şəxsləri yazdıra bilərlər.
Sınaq imtahanı keçiriləcək şəhər və rayonlar, imtahan binaları və boş yerlər haqqında http://eservices.dim.gov.az/sinaq/ keçidində tanış olmaq mümkündür.