MƏDƏNİYYƏT
Mədəniyyət və turizm naziri UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Həftə çərçivəsində sentyabrın 15-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə UNESCO-nun Baş direktorunun yeni təyin edilmiş müavini Alfredo Perez de Arminan arasında görüş olub.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə UNESCO arasında mövcud əlaqələr və gələcək perspektivlər müzakirə olunub.
Ə.Qarayev Azərbaycan birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu əməkdaşlığın inkişafında çox əhəmiyyətli rolunu qeyd edərək, bütün sahələrdə mühüm irəliləyişlərin olduğunu diqqətə çatdırıb. Görüşdə maddi və qeyri-maddi mədəni irs, yubileylər, Haaqa Konvensiyası və digər sahələrdə mövcud əməkdaşlığın daha da dərinləşməsinin vacibliyi vurğulanıb.
UNESCO rəsmisi isə Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib.