CƏMİYYƏT
Məhkumlar arasında dama və şahmat yarışları keçirilib
Bakı, 30 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə tədbirlər planına müvafiq olaraq, 12 saylı cəzaçəkmə müəssisəsində dama və şahmat yarışları keçirilib.
AZƏRTAC xəbər verir ki, turnirin açılışında müəssisənin tərbiyə işləri üzrə rəis müavini vəzifəsini müvəqqəti icra edən, ədliyyə mayoru Heydər Əliyev, Penitensiar Xidmətin tərbiyə işinin təşkili idarəsinin inspektoru, ədliyyə mayoru Süleyman Salayev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı, paytaxtın dama və şahmat idman növləri üzrə əlaqələndirici–kuratoru Salman Əbdülov çıxışlarında belə tədbirlərin məhkumların asudə vaxtlarının səmərəli təşkilində və idmana maraqlarının artırılmasında əhəmiyyətini vurğulayıblar.
Olimpiya sistemi üzrə keçirilən yarışların qalibləri Baş İdarə tərəfindən diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıb.