CƏMİYYƏT


Məktəblərdə peşəyönümü məşğələləri keçirilməsinə başlanılıb

Bakı, 22 may, AZƏRTAC

Nəsimi rayon Məşğulluq Mərkəzi orta məktəblərdə peşəyönümü məşğələləri aparılmasına başlayıb. Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, mərkəzin mütəxəssisləri rayondakı 46 nömrəli tam orta məktəbdə 64 nəfər buraxılış sinfi şagirdinin iştirakı ilə məşğələ keçirilib.

Məşğələdə mərkəzin direktoru Emin Mahmudov, rayon icra hakimiyyətinin aparıcı məsləhətçisi Müşviq Kərimli, məktəbin direktoru Sevinc Budaqova və başqaları şagirdlərə əmək bazarındakı vəziyyət, perspektivli peşələrin təsnifatı haqqında ətraflı məlumatlar veriblər. Şagirdlərə peşəyönümü barədə əyani vəsaitlər paylanılıb.

Rayonun digər orta məktəblərində də həmin mövzuda tədbirlər keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.