CƏMİYYƏT


Məktəblilər “Öyrən, idarə et, lider ol!” mövzusunda təlimdə iştirak edəcəklər

A+ A

Bakı, 15 iyul, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Nizami Rayon İcra Hakimiyyəti ilə birgə iyulun 18-dən 22-dək “Öyrən, idarə et, lider ol!” mövzusunda təlim keçirəcək.

Komitədən AZƏRTAC-a bildirilib ki, təlimdə Bakının rayonlarından 25 məktəbli iştirak edəcək. Təlimdə məktəblilər üçün ekspertlər tərəfindən müxtəlif mövzularda təlimlər keçiriləcək, müzakirələr və qrup işləri aparılacaq. Eyni zamanda, uşaqlar liderlik keyfiyyətlərinin, lider üçün zəruri olan bacarıqların inkişaf etdirilməsi yollarını öyrənəcək, həmçinin uşaq hüquqlarına dair ətraflı məlumat əldə edəcəklər.

Təlim proqramı çərçivəsində uşaqlar üçün müxtəlif əyləncəli proqramlar da nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.