ELM VƏ TƏHSİL


Məleykə Abbaszadə: Dövlət qulluğuna qəbulla bağlı yeni test imtahanlarının oktyabrda keçirilməsi nəzərdə tutulur

Bakı, 10 iyul, P.İmanova, M.Dadaşov, AZƏRTAC 

Dövlət qulluğuna qəbulla bağlı ilk hüquqi imtahan keçirilməzdən əvvəl sınaqlara və təlim proseslərinə başlanılacaq. Sınaqlar və təlim proseslərinin sentyabrda, dövlət qulluğuna qəbulla bağlı yeni test imtahanlarının isə oktyabrda keçirilməsi nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

M.Abbaszadə bildirib ki, dövlət qulluğuna dair qanunla bağlı ilk dəyişikliklər 2016-cı ilin avqustunda edilib. Bu ilin iyununda da dövlət qulluğu ilə bağlı qanunda 21 dəyişiklik olub. Nəhayət, bu yaxınlarda dövlətimizin başçısının müvafiq Fərmanına əsasən, dövlət qulluğuna qəbulla bağlı müsahibə qaydaları təsdiq olunub. Artıq dövlət qulluğuna qəbulla bağlı bütün normativ-hüquqi sənədlər hazırdır. Bugünkü konfransda tərəfimizdən hazırlanan ilk modellər dövlət nümayəndələrinə təqdim olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.