CƏMİYYƏT


“Mən cəmiyyət arasında” adlı layihənin növbəti təlimi

A+ A

Bakı, 2 sentyabr, AZƏRTAC

YAP Səbail rayon təşkilatında “Mən cəmiyyət arasında” adlı layihənin növbəti təlimi reallaşıb. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilati dəstəyi ilə reallaşıb.

AZƏRTAC xəbər verir ki, iştirakçılar təlim zamanı müzakirələr aparmaqla yanaşı, ötən təlimdə verilmiş praktiki tapşırıqların icrası zamanı üzləşdikləri çətinliklər, problemlər barədə öz fikir və təəssüratlarını bölüşüblər. İki saatdan artıq davam edən təlimdə verilmiş praktiki tapşırıqların yoxlanılması zamanı ən çox rast gəlinən problemlərin ictimai nəqliyyatda, həmçinin bəzi piyadaların, eləcə də sürücülərin qeyri-etik davranışı, ictimai yerlərdə daha çox gənclər tərəfindən yol verilmiş qanun pozuntularından ibarət olduğu bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.