İDMAN


Mərc oyunlarına pul yatıran baş məşqçi ağır cəzalandırılıb

A+ A

Bakı, 10 noyabr, AZƏRTAC

İngiltərə Futbol Federasiyası “Frome Taun” klubunun baş məşqçisi Nik Bunyardı ağır cəzalandırılıb.

AZƏRTAC xəbər verir ki, buna səbəb gənc mütəxəssisin öz komandasının məğlubiyyətinə pul qoyuluşu etməsi olub.

Ümumilikdə 97, klubunun əleyhinə 45 dəfə mərc oyunlarında pul yatıran çalışdırıcı ölkə futbol qurumu tərəfindən üçillik idman fəaliyyətindən kənarlaşdırılıb.

O, həm də qarşıdakı üç il ərzində heç bir klubda çalışa bilməyəcək. Bununla yanaşı, federasiya ona 3 min funt sterlinq pul cəriməsi də kəsib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.