SİYASƏT


Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

A+ A

Bakı, 20 avqust, AZƏRTAC 

Avqustun 20-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın 17 avqust 2016-cı il tarixli iclasının protokolu təsdiq olunub.

Sonra 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu komissiya üzvünün təsdiq edilməsi, eləcə də həmin təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin və vəkil edilmiş şəxslərinin qeydə alınması məsələsinə baxılıb. Komissiya sözügedən təşviqat qrupu tərəfindən irəli sürülmüş məşvərətçi səs hüquqlu komissiya üzvünün təsdiq edilməsi, həmçinin səlahiyyətli nümayəndələrin və vəkil edilmiş şəxslərin qeydə alınması barədə qərar qəbul edib.

Sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) “Bələdiyyə” və “Vətəndaş Cəmiyyəti” referendum üzrə təşviqat qrupları da MSK üzvləri tərəfindən aparılan müzakirələrdən sonra Komissiyanın qərarı ilə qeydə alınıblar.

MSK-nın iclasında, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.