SİYASƏT


Mərkəzi Seçki Komissiyasının sədri ABŞ-da səfərdə olub

A+ A

Bakı, 10 noyabr, AZƏRTAC

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Amerika Birləşmiş Ştatlarında keçirilən prezident seçkiləri ilə əlaqədar bu ölkədə səfərdə olub.

Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (IFES) prezidenti Vilyam Svininin dəvətinə əsasən reallaşdırılan səfər çərçivəsində M.Pənahov seçkilərlə bağlı müxtəlif tədbirlərə qatılmaqla bərabər, IFES prezidenti, bir sıra ölkələrin ali seçki qurumlarının və beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlər keçirərək, qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri və seçkilərlə bağlı müxtəlif məsələlər ətrafında müzakirələr aparıb. Seçki günü, həmçinin MSK sədri məntəqələrdə gedən prosesləri müşahidə edib.

M.Pənahov IFES prezidentinin dəvəti ilə noyabrın 9-da keçirilən Qlobal Seçki Təşkilatının növbəti - 7-ci (GEO-7) konfransında da iştirak edib. Dünyanın müxtəlif ölkələrindən çoxsaylı seçki qurumlarının və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin, eləcə də beynəlxalq seçki ekspertlərinin qatıldıqları konfransda seçkilərlə bağlı müxtəlif mövzularda müzakirələr keçirilib və qarşılıqlı təcrübə mübadiləsi aparılıb.

ABŞ səfərində MSK sədrini Komissiya Katibliyinin müdiri Rövzət Qasımov müşayiət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.