CƏMİYYƏT


Məşhur cərrah-uroloqun məzarı ziyarət edilib

Bakı, 18 may, AZƏRTAC

Mayın 18-i dünya şöhrətli cərrah-uroloq, keçmiş SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik, Rusiya Tibb Elmləri Akademiyasının müxbir üzvü, professor Mirməmməd Cavadzadənin doğum günüdür. Düz 90 il əvvəl dünyaya göz açan Mirməmməd Cavadzadə 35 ilə yaxın Həkimləri Təkmilləşdirmə İnstitutuna rəhbərlik edib. Cənubi Qafqazda ilk terminal böyrək köçürülməsi əməliyyatı aparmış və urologiyada bir çox yeniliklərin müəllifi olan Mirməmməd Cavadzadə 9 il əvvəl işıqlı dünyaya “əlvida” desə də, əməlləri ilə sağlığında özünə əbədiyyət heykəli qoyub. Aradan illər keçsə də, həmkarları, tələbələri və yetirmələri heç vaxt məşhur cərrah, fenomen uroloq, gözəl təşkilatçı Mirməmməd Cavadzadənin xatirəsini unutmur və həmişə xatırlayırlar.

AZƏRTAC xəbər verir ki, bu gün Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, professor Nazim Qasımovun rəhbərliyi ilə institutun professor-müəllim heyəti Fəxri xiyabana üz tutaraq akademikin xatirəsini ehtiramla yad edib və məzarı önünə tər gül-çiçək dəstələri düzüblər.

İyunun 1-də isə akademikin 90 illik yubileyinə həsr olunmuş böyük konfrans keçiriləcək. Konfransda institut əməkdaşları ilə yanaşı ölkəmizin tanınmış səhiyyə təşkilatlarının nümayəndələri də iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.