MƏDƏNİYYƏT
Məşhur macar qrupu “Rotunda Jazz Club”da çıxış edib
Bakı, 28 oktyabr, AZƏRTAC
Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində “Rotunda Jazz Club”da dünya şöhrətli “Djabe” qrupu çıxış edib.
AZƏRTAC xəbər verir ki, “Djabe” kollektivi Macarıstanda caz-rok musiqi janrında liderdir. Musiqiçilər yaradıcılıqlarında caz və rok elementlərini Macarıstan folkloru ilə sintez ediblər.
“Djabe” Afrikanın aşanti dilindən tərcümədə “azadlıq” deməkdir. 16 il əvvəl yaradılan qrupun təsisçisi, lideri və bəstəkarı gitaraçı Attila Egerhazidir. Kollektiv bir sıra beynəlxalq mükafatlara layiq görülüb.
Musiqiçilər dünyanın 41 ölkəsində çıxış edib. Hazırda qrupun diskoqrafiyasında səkkiz studiya albomu və çoxsaylı konsert CD və DVD-ləri var.
Kollektivin çıxışından sonra tədbir cem-seyşnla davam edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [16:39]
“Dantenin yubileyi” növbəti dəfə səhnədə
- 04.05.2024 [13:21]
Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO
- 04.05.2024 [13:07]
Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub
- 04.05.2024 [11:22]