CƏMİYYƏT
“Mətbuat xidməti: müasir trend və drayverlər” mövzusunda təlim keçiriləcək
Bakı, 30 iyun, AZƏRTAC
"Alibayov Kommunikasiya & Konsaltinq" şirkəti və Fransanın Avropa İctimaiyyətlə Əlaqələr İnstitutu "Şirkətin (təşkilatın) mətbuat xidməti: müasir trend və drayverlər" elmi-metodiki ixtisasartırma mövzusunda təlim keçirəcək.
"AtaHolding" ASC-dən AZƏRTAC-a bildiriblər ki, təlimdə şirkət, təşkilat, dövlət qurumlarının mətbuat xidmətlərində çalışanlar, kütləvi informasiya vasitələri ilə əlaqələr sahəsində fəaliyyət göstərən fərdi məsləhətçilər, kommunikasiya üzrə tədris edən ali təhsil müəllimləri və elmi işçilər iştirak edə bilərlər. Təlimlər iyulun 9-dan şənbə və bazar günləri Bakıda keçiriləcək. Sonda iştirakçılara ixtisasartırma sertifikatları təqdim ediləcək.
Təlimdə ictimaiyyətlə əlaqələr, media ilə əlaqələr - əsas anlayışlar, müasir yanaşmalar, mətbuat xidməti necə olmalı, nə etməli və necə etməlidir, kommunikasiya əsrinin KİV-i: qəzetlər, jurnallar, internet, televiziya, radio.... hədəf auditoriyalara görə informasiya kanallarının seçimi, hədəf auditoriyalar üçün nəzərdə tutulmuş ismarıcların klassik və müasir çatdırılma yolları, mətbuat xidməti və KİV: bir velosipedin iki təkəri mövzularını əhatə edəcək. Maraqlananlar qeydiyyat üçün: 012 4980670, 050 2336682 nömrələrinə zəng edə və ya [email protected] ünvanına yaza bilərlər. Son qeydiyyat tarixi iyulun 6-dır.