DÜNYA


“Microsoft” bu ay yeni qurğular təqdim edəcək

A+ A

Bakı, 10 oktyabr, AZƏRTAC

Ötən il “Microsoft” korporasiyası növbəti təqdimatda dünyanı təkcə dördüncü nəsil “Surface Pro” planşet kompyuteri ilə deyil, həm də ilk "Surface Book” noutbukunu nümayiş etdirməklə təəccübləndirib. Bu dəfə isə korporasiya jurnalistlərə oktyabrın 26-da keçiriləcək tədbirə dəvətnamə göndərib.

AZƏRTAC “4PDA” saytına istinadən xəbər verir ki, görünür, “Microsoft” da “Google” şirkəti kimi ilin əvvəlində tərtibatçılar üçün konfrans keçirərək yeni proqramlar, payızda isə xüsusi tədbirdə yeni qurğular nümayiş etdirən “Apple” şirkətindən nümunə götürüb. ABŞ korporasiyasının artıq işıq üzü görmüş qurğuların yeni versiyasını, eləcə də "Surface” istehsal xəttindən ilk monoblok təqdim edəcəyi gözlənilir.

“Microsoft”un monobloku barədə şayiələr çoxdan gəzir. Hətta internetdə sirli kompyuteri təsvir edən bir neçə patent yerləşdirilib. Həmçinin ötən həftənin əvvəlində korporasiya “Surface” loqotipli yeni simsiz klaviaturanın ilk təsvirini dərc edib. Bu, korporasiyanın “iMac” kompyuterinin rəqibi olacaq monoblok, eləcə də onun üçün simsiz klaviatura və “mouse” hazırlaması barədə fikir yürütməyə əsas verir.

Maraqlıdır ki, müxtəlif mənbələrin məlumatına görə, gələn həftə “Microsoft”un təqdimatından sonra "Apple” şirkəti yeni "Mac” kompyuterləri və yenilənmiş planşetlər təqdim edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.