DÜNYA


“Microsoft” gələcəyin ən çox tələb olunacaq peşələrinin adlarını açıqlayıb

A+ A

Bakı, 29 avqust, AZƏRTAC

“Microsoft” korporasiyası 10 ildən sonra ən çox tələb olunacaq peşələrin siyahısını dərc edib. Elm və kosmosun mənimsənilməsi ilə əlaqədar ixtisasların yer aldığı siyahı ilə korporasiyanın rəsmi saytında tanış olmaq olar.

AZƏRTAC “riafan.ru” saytına istinadən xəbər verir ki, ABŞ korporasiyasının versiyasına görə, ən çox tələb olunan peşələr onluğuna kosmik bələdçi, virtual reallıq dizayneri, mədəniyyət sahəsində rəqəmli şərhçi, robot etikası ilə əlaqədar işlər üzrə hüquqşünas, beyin həcmi üzrə optimallaşdırıcı, enerjidən qənaətli istifadə sahəsində işçi, internet texnikası sahəsində mütəxəssislər, təbii resursların bərpası üzrə mütəxəssis və bədən mühəndisi daxildir.

“Microsoft” analitiklərinin qeyd etdikləri peşələrin əksəriyyəti hazırda mövcud deyil. Lakin korporasiya mütəxəssisləri məktəblilərə tərtib edilən siyahıya çox ciddi yanaşmağı tövsiyə edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.