MƏDƏNİYYƏT


Milli Dram Teatrı uşaqları “Çippolino” ilə sevindirib

Bakı, 1 iyun, Ceyhun Alışlı, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə azyaşlı tamaşaçılarını məşhur “Çippolino” tamaşası ilə sevindirib.

AZƏRTAC xəbər verir ki, səhnə əsəri məşhur italyan yazıçısı və jurnalisti Canni Rodarinin “Çippolino” əsəri əsasında hazırlanıb. Tamaşanın rejissoru, musiqi tərtibatçısı və yeni səhnə redaksiyasının müəllifi Əlif Cahangirli, rəssamı Əməkdar Mədəniyyət İşçisi İlham Əsgərov, xoreoqrafı Lalə Hacıyeva, rejissor assistenti Nərmin Həsənovadır.

Tamaşada aktrisa Xədicə Novruzlu Çippolino rolunu canlandırıb. Digər rollarda Əməkdar artistlər Əlvida Cəfərov (Ata Soğan), Mirzə Ağabəyli (Usta Kudu), Məzahir Cəlilov (Üzüm əmi), Rüstəm Rüstəmov (Sinyor Pomidor), aktyorlar Rəşad Bəxtiyarov (Vəliəhd Limon), Cümşüd Zeynalov (Professor Armud), Dilarə Nəzərova (Qaragilə), Mehriban Xanlarova və Sevinc Əliyeva (Albalılar), aktyorlar Ramin Şıxəliyev (Kaktus), Vüsal Mustafayev (Qraf Albalı), Ziya Ağa (Xəfiyyə Yerkökü), Ümman Budaqov (I Limon), İmran Qurbanov (II Limon) və Ənvər Məmmədov (Lobya) çıxış ediblər.

Tamaşa aktyorların ifasında tamaşaçıya inandırıcı ştrixlərlə, olduqca maraqlı tərzdə çatdırılıb. Səhnə əsərinin maraqlı, zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışı səhnə əsərini daha da baxımlı edib.

Qeyd edək ki, yazıçı “Çippolinonun macəraları” kitabı ilə dünya şöhrəti qazanıb. Tezliklə populyarlaşan bu əsərə 1961-ci ildə ilk cizgi filmi, 1973-cü ildə isə “Çippolino” nağıl-filmi çəkilib.

Tamaşada C.Rossinin musiqilərindən istifadə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.