SİYASƏT


Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Türkiyəyə səfər edəcək

A+ A

Bakı, 12 avqust, AZƏRTAC

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev qurumun sədri Kristine Muttonenin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində avqustun 15-18-də Türkiyənin Ankara və İstanbul şəhərlərində səfərdə olacaq.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd nəticəsində yaranmış vəziyyətlə tanış olmaq məqsədilə həyata keçirilir.

Nümayəndə heyətinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman, Baş nazir Binəli Yıldırım, xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşləri nəzərdə tutulub.

Qurumun təmsilçiləri, həmçinin Türkiyə Böyük Millət Məclisində təmsil olunan siyasi partiya rəhbərləri və deputatları ilə görüşlər keçirəcək, qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparacaqlar. Daha sonra Türkiyənin aparıcı mətbuat nümayəndələri, qeyri-hökumət təşkilatları və Türkiyədə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri ilə görüşlər keçiriləcək.

Səfər avqustun 19-da başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.