MƏDƏNİYYƏT


Mingəçevir Dövlət Dram Teatrı yeni mövsümü “Müfəttiş”lə açacaq

A+ A

Bakı, 18 avqust, AZƏRTAC

Mingəçevir Dövlət Dram Teatrı yeni teatr mövsümünü sentyabrın 15-də görkəmli rus yazıçısı N.Qoqolun “Müfəttiş” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə açacaq.

AZƏRTAC teatrın “facebook” səhifəsinə istinadla bildirir ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsəri teatrın baş rejissoru Xəzər Gəncəlinin quruluşunda təqdim olunacaq.

Tamaşada rolları Əməkdar artistlər Akif Mirabov, Ella Yaqubova, Şıxı Yaqubov, aktyorlar Aydın Quliyev, Elmira İbrahimova, Fəridə Məmmədova, Asim Əmirov, Firuz Hacıyev, Hüseyn Mustafayev, Qabil İbrahimli, Asim Məmmədov və Eyvaz Əliyev ifa edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.