DÜNYA


Misir Prezidenti Xartumda milli dialoqda iştirak edəcək

A+ A

Qahirə, 11 oktyabr, AZƏRTAC

Yerli KİV-lərin verdiyi məlumata görə, Misir Prezidenti Əbdülfəttah Əs-Sisi bazar ertəsi sudanlı həmkarı Ömər Bəşirin dəvəti ilə Xartuma gedəcək. Prezident Əbdülfəttah Əs-Sisi bir sıra Afrika ölkələrinin, habelə regional və beynəlxalq təşkilatların rəhbərləri ilə bərabər, Xartumda keçirilən milli dialoq konfransının yekun iclasında iştirak edəcək.

Misir Prezidenti administrasiyasının rəsmi nümayəndəsi Əlaa Yusif bildirib ki, dövlət başçısının Sudanda keçirilən milli dialoqda iştirakı ölkələr və xalqlar arasında xüsusi münasibətlərə dəlalət edir. Ə.Yusif Ali Hökumətlərarası Komissiyanın keçən həftə Qahirədə baş tutmuş iclaslarının yekunlarını və prezidentlər tərəfindən strateji tərəfdaşlıq haqqında saziş imzalanmasını da yüksək qiymətləndirib.

Əlaa Yusif xatırladıb ki, Misir Prezidenti Sudanın bütün ərazisində sabitliyin qorunub saxlanması və sülhün bərqərar olması üçün Sudan Prezidentinin səylərini daim dəstəkləyir, bütün siyasi qüvvələri və hərəkatları milli dialoqun uğurlu olması üçün səy göstərməyə çağırır.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.