SİYASƏT


Misir qəzetində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi ilə bağlı məqalə dərc edilib

A+ A

Qahirə, 18 oktyabr, АZƏRTAC 

Misirin geniş oxucu kütləsinə malik “Ruzal-Yusuf” qəzetində tədqiqatçı və yazıçı Əhməd Əbduh Tarabekin Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş məqaləsi dərc edilib.

Müəllif Azərbaycan haqqında ümumu məlumat verərək ölkənin son illər ərzində sürətlə inkişaf etdiyini, beynəlxalq miqyasda layiqli yerini tutduğunu, ölkədə sabitlik və əmin-amanlığın təmin olunduğunu, rifah və çiçəklənmənin daha da artdığını qeyd edib.

Azərbaycanın qarşısında duran əsas problemin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduğu vurğulanan məqalədə Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu, həmin torpaqlarda etnik təmizləmə siyasəti yürüdüldüyü, bir milyondan çox qaçqın və məcburi köçkünün öz doğma yurdlarından zorla çıxarıldığı bildirilir. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi məlum qətnamələrin indiyədək Ermənistan tərəfindən yerinə yetirilmədiyi diqqətə çatdırılır.

Müəllif oxucuların diqqətini Azərbaycanda keçirilən beynəlxalq yarışlara və tədbirlərə cəlb edərək, son illər ərzində Azərbaycanın həmin tədbirlər hesabına dünyada daha sürətlə tanındığını, bunun göstəricisi olaraq, ölkəmizin regionda turizm məkanına çevrildiyini vurğulayır.

Məqalənin sonunda müəllif Misirlə Azərbaycanı bir-birinə bağlayan tarixi, dini, mədəni əlaqələr barədə məlumat verir.

Аsya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.