DÜNYA


Misir turizminin 2018-ci ildə tam bərpa olunacagı gözlənilir

Qahirə, 5 iyul, AZƏRTAC

“Misir turizmi tədricən bərpa olunur. Belə ki, ölkəyə gələn turistlərin sayı getdikcə artır. Yaxın gələcəkdə turizm yenidən Misir iqtisadiyyatının aparıcı sahəsinə çevriləcək”. Bu sözləri Misirin turizm naziri Yahya Rəşid ölkənin ON-Tv telekanalına müsahibəsində deyib. Nazirin fikrincə, turizmin tam bərpa olunması bu ilin sonu və gələn il ərzində gözlənilir.

Misirin Vahid Statistik Məlumatlar Mərkəzinin yaydığı məlumata görə, 2016-сı ilin may ayı ilə müqayisədə bu ilin eyni dövründə piramidalar ölkəsini ziyarət edən qonaqların sayı 33 faiz çoxalaraq, 432 min nəfərdən 574 minə qədər qalxıb.

Misir hökumətinin verdiyi məlumatlara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin mart ayında ölkəyə turist axını təxminən 50 faiz çoxalıb. Bu ilin yanvar-mart aylarında turizm sahəsindən gələn gəlirlər 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 80 faiz artıb.

Qeyd etmək lazımdır ki, turizm Misir büdcəsinə valyuta gətirən əsas mənbələrdən biri sayılır. Lakin 2015-ci ilin sonunda turist aparan Rusiya təyyarəsinin qəzaya ugramasından sonra, bü ölkədə istirahət etmək istəyənlərin sayı kəskin azalmışdı. Misir hökuməti turizmin canlanması və ölkəyə gələn qonaqların təhlükəsizliyinin təmin olunması ilə bağlı mütəmadi tədbirlər həyata keçirir.

 

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.